Türkiyənin Kapadokya bölgəsində yay təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-yaşıllar" Türkiyənin 3-cü liqa təmsilçisi "Niğdespor"la qarşılaşıb.
Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Elnur Cəfərovun ötürməsini qola çevirən Rəşad Eyyubovun qolu matçda yeganə olub. Baş məşqçi Yunis Hüseynov oyunda 18 futbolçuya şans verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" 3 gundən sonra Super Liqa təmsilçisi "Kasımpaşa" ilə qarşılaşacaq. İstanbul klubu ilə görüş Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.
Yoxlama oyunu
Türkiyə
11 iyul
Niğdespor (Türkiyə) - Xəzər Lənkəran (Azərbaycan) 0:1
Qol: Rəşad Eyyubov, 34.
Xəzər Lənkəran: Pavel Kapsa (Tərlan Qasımzadə//Orxan Sadıqlı), İlyas Səfərzadə (Mahsun Qəmbərli), Rasim Ramaldanov, Manuel Skarlatake (Elvin Mirzəyev), Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov (Elşən Rzazadə), Vaqif Cavadov (Kazım Kazımlı), Vüqar Nadirov, Rafinya (Elnur Cəfərov).
Fanat.az