Rəşad Abdullayev: "Penalti var idi"

Rəşad Abdullayev: "Penalti var idi"

AZAL - "Neftçi" matçının 50-ci dəqiqəsində meydan sahibləri hakimdən penalti tələb edib. Fanat.az хəbər verir ki, "Neftçi"nin futbolçusu Rəhman Hacıyev AZAL-ın kapitanı Rəşad Abdullayevə qarşı aşkar şəkildə kobud oynayıb. Lakin baş hakim İnqilab Məmmədov AZAL-ın penalti tələbinə əhəmiyyət verməyib.

Oyundan sonra Fanat.az-a açıqlama verən Rəşad Abdullayev həmin epizodda hakimin "nöqtə"ni göstərməli olduğunu bildirib: "Fikrimcə, həmin epizodda penalti verilməli idi. Çünki Rəhman mənə qarşı kobudluq etmişdi. Təbii ki, epizodu dəyərləndirmək hakimin işidi. Amma fakt odu ki, rəqib mənə qarşı kobud oynamışdı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər