Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Belçikada təşkil olunan mərasimdə millimizin də rəqibləri müəyyənləşib.
Belçika ev sahibliyi edəcəyi turnirə birbaşa vəsiqə qazanıb və A qrupunda yer alıb. Tarixində 3-cü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan yığmamız isə C qrupuna düşüb. Komandamız bu qrupda İtaliya və Sloveniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı gələn ilin yanvarın 28-də başlayacaq və fevralın 8-dək başa çatacaq. 28 yanvar-2 fevral tarixlərində qrup mərhələsinin, 3-4 fevralda 1/4 finalın, 6 fevralda 1/2 finalın oyunları keçiriləcək. Ayın 8-də isə final matçı baş tutacaq.
A qrupu: Belçika (ev sahibi), Ukrayna, Rumıniya.
B qrupu: Rusiya, Portuqaliya, Hollandiya.
C qrupu: İtaliya, Azərbaycan, Sloveniya.
D qrupu: İspaniya (son çempion), Çexiya, Xorvatiya.