"Rəqibin 3-cü qolundan sonra bir anlıq kuboku düşündüm" - Azər Bağırov

"Rəqibin 3-cü qolundan sonra bir anlıq kuboku düşündüm" - Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları görüşdən sonra bunları söyləyib:

"İki standart vəziyyətdən qol buraxdıq və bununla da oyunun ipini yığa bilmədik. Psixoloji cəhətdən toparlana bilmədik. Müdafiəçilərin yoxluğu da özünü göstərdi. İtkilər oyunçuların rotasiyasını düzgün etməyə imkan vermir. Rəqibin 3-cü qolundan sonra bir anlıq kuboku düşündüm. Yəni ağlıma gücümüzü ora saxlamaq gəldi. Amma son dəqiqələrə qədər oyunu xilas etməyə çalışdıq. Bu oyuma görə çox heyfslənirəm. Qələbə qazanmalı olduğumuz görüş idi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər