Bolqarıstan Futbol Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, Bolqarıstan mətbuatının yığma komandanın baş məşqçisi Lüboslav Penevin istefaya göndəriləcəyi ilə bağlı xəbərləri həqiqətə uyğun çıxmayıb.
Bolqarıstan İcraiyyə Komitəsinin üzvü Nasko Sirakov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, son toplantıda Penevin istefası heç müzakirə mövzusu olmayıb: "Onun qalıb-qalmaması ilə bağlı müzakirələr aparılmadı. Malta ilə oyuna 20 gün qalıb. Belə bir vaxtda baş məşqçi dəyişmək düzgün olmazdı. Həm də Lyuboslavla bağlı problem yoxdu".
Qeyd edək ki, Bolqarıstan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupdadı.
Fanat.az