AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Fanat.az xəbər verir ki, iyun ayında baş tutacaq görüşdə yığmamızın rəqibi öz meydanında İsveç millisi ilə qarşılaşacaq.
Norveç - İsveç oyunu iyunun 8-də, "Ullevaal" stadionunda keçiriləcək. Bu görüşdən 4 gün sonra Norveç yığması "Avro-2016"nın seçmə mərhələsində evdə millimizi qəbul edəcək.
Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Fanat.az