"Renn"in hücumçusu İngiltərə yolunda - Qiyməti açıqlandı

"Renn"in hücumçusu İngiltərə yolunda - Qiyməti açıqlandı

Fransanın "Renn" klubunun hücumçusu Marten Terye karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.

Mənbə "Vest Hem"in də maraqlandığı Martenin "Lids Yunayted"ə keçmək ehtimalının daha çox olduğunu vurğulayıb. "Renn"in bu transfer üçün "Lids"dən 40 milyon avro istədiyi bildirilib.

Qeyd edək ki, son mövsümdə indiki klubunun formasıyla ümumilikdə 45 matça çıxan Terye 21 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər