Türkiyə 1-ci liqasının 7-ci turunda zərbaycanlıların dueli reallaşıb.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin komandası "Bandırmaspor" yığmanın hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nü qonaq edib.
Coşqunun komandası doğma meydanda Ankara təmsilçisinə 2:0 hesabıyla qalib gəlib. Diniyev görüşə start heyətdə başlayıb və 83-cü dəqiqədə meydanda olub. O, 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Renat isə qarşılaşmanın 59-cu dəqiqəsində meydana buraxılıb və heç nə ilə yadda qalmayıb.
“Bandırmaspor” 7 turdan sonra 11 xalla 5-ci yerdədir. “Ankaragücü” isə 9 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.