Renat Türkiyədə növbəti qolunu vurdu - VİDEO

Renat Türkiyədə növbəti qolunu vurdu - VİDEO

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” də növbəti matçına çıxıb. 

Paytaxt təmsilçisi evdə “İstanbulspor”la qarşılaşıb. Meydan sahibləri görüşdən 2:1 qalib ayrılıb ki, Renat qələbədə əsas pay sahiblərindən olub. O, 90 dəqiqə oynadığı matçın 39-cu dəqiqəsində hesabı açıb. 

Bu, Renatın cari çempionatda ikinci qoludur.    “Ankaragücü” hazırda 6 xalla 8-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər