Renat oynadı, Rahil baxdı, "Radomyak" isə...

Renat oynadı, Rahil baxdı, "Radomyak" isə...

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədovla Renat Dadaşovun komandası -  “Radomyak” Polşa Ekstraklassasında növbəti  matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Radom təmsilçisi XXV turda "Lexiya"nı qəbul edib. 

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start "11-llik"də çıxan Renat 86-cı dəqiqədə əvəzlənib. Rahilin adı iştirak ərizəsinə salınmayıb. 

Qeyd edək ki, 31 xalı olan "Radomyak" ölkə çempionatının turnir cədvəlində 12-ci sırada mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər