Renat debüt matçında qol vurdu

Renat debüt matçında qol vurdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.

Fanat.Az-ın məlumatına görə, 25 yaşlı forvard komandadakı debüt matçında fərqlənib.

Ekstraklassanın XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri görüşün (1:1) 80-ci dəqiqəsində oyuna qoşulan forvard 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Radomyak" fevralın 24-də Dadaşovu heyətinə qatdığını açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər