Renat Dadaşovun yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

Renat Dadaşovun yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi açıqlanıb.

Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Kemal Özdeşə tapşırılıb.

Özdeşlə 1,5 illik müqavilə imzalanıb.

Daha öncə 2023-cü ildə "Kasımpaşa"nı çalışdıran 54 yaşlı mütəxəssis Kenan Koçakı əvəzləyib.

Qeyd edək ki, "hazırda 23 xalı olan Ankaragücü" mübarizə apardığı çempionatın turnir cədvəlində 8-ci pillədə mövqe tutub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər