Renat Dadaşovun yeni baş məşqçisi bilindi

Renat Dadaşovun yeni baş məşqçisi bilindi

Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb. 

Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilib. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib. 

Qeyd edək ki, Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun komandası Türkiyə 1-ci Liqasının turnir cədvəlində 13-cü yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər