Renat Dadaşov debüt etdi, komandası qələbə ilə başladı

Renat Dadaşov debüt etdi, komandası qələbə ilə başladı

Polşa Ekstraklassasında yeni mövsüm başlayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni komandası "Motor" da ilk matçına çıxıb.

Lyublin təmsilçisi "Arka"nı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov ikinci yarının əvvəlində, hesab 0:0 olarkən Kristofer Saymonun əvəzinə meydana çıxaraq debütünü reallaşdırıb. O, matçın 71-ci dəqiqəsində sarı vərəqə almağa da imkan tapıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər