"Real"ın futbolçusu Kriştiano Ronaldo rekordlardan doymur. Fanat.az xəbər verir ki, İspaniyada 5-ci mövsümünü keçirən portuqaliyalı ulduzu vurduğu 164 qolla klub tarixinin La Liqada ən çox fərqlənən 5 oyunçusu arasına daxil olub.
"Real"ın çempionatda ən çox qol vuran oyunçuları siyahısına Raul başçılıq edir. İspan futbolunur əfsanəsi 16 mövsümdə 228 qola imza atıb. Amma əksər mütəxəssislər Ronaldonun bir neçə mövsümdən sonra onu geridə qoyacağına inanır.
Ronaldo 164 qolunun 71-ni səfərdə vurub. Bununla da o, "Real"ın əfsanəsi Alfredo Di Stefanonu keçib. Raul isə səfərdə vurduğu 87 qolla bu siyahıda da birincidi.
Qeyd edək ki, Ronaldo cari mövsümdə La Liqada meydana çıxdığı 14 oyunda 17 qola imza atıb və bombardirlər yarışına başçılıq edir. Portuqaliyalı ulduz ən yaxın izləyicisi Dieqo Kostanı 3 topla qabaqlayır. "Barselona"lı Lionel Messi isə cəmi 8 dəfə fərqlənib.
Onu da qeyd edək ki, Ronaldo bu mövsüm Çempionlar Liqasının 4 matçında 8 dəfə rəqib qapılarına yol tapıb və burda da bombardirlər yarışının lideridi.
Fanat.az