Argentinanın 5 böyük klubundan biri olan "İndependiente" maliyyə böhranından çıxa bilmir. Fanat.az xəbər verir ki, ötən mövsümün sonunda ikinci liqaya düşən 109 yaşlı klubu keçmiş futbolçusu Lusiano Lequyzamon məhkəməyə verib.
Klubdan təxminən 250 min avro alacağı olan futbolçu pulunu tələb edib. Məhkəmə isə "İndependiente"nin beynəlxalq arenada qazandığı 18 kuboka həbs qoyub.
"La Red" radiosuna açıqlama verən Lequyzamonun vəkili Rikardo Freqa Navia pulun ödənməsi üçün kubokların satıla biləcəyini bildirib: "Heç kimin məqsədi klubun imicini zədələmək deyil. Tək istədiyimiz şey "İndependiente"nin borcunu ödəməsidi".
Qeyd edək ki, "İndependiente" Cənubi Amerikanın Çempionlar Liqası hesab olunan Libertadores Kubokunu 7 dəfə qazanaraq rekorda imza atıb. Kulubun muzeyində həmçinin 2 qitələrarası kubok da var. Bundan başqa Argentina təmsilçisi 16 dəfə ölkə çempionu olub.
Fanat.az