Dünən özünə "YouTube" kanalı açan Kriştianu Ronaldu platforma tarixində rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, ilk 1 milyon təqibçini 90 dəqiqəyə toplayan 39 yaşlı portuqaliyalı "YouTube" tərəfindən qızıl düymə ilə mükafatlandırılıb.
"Əl-Nəsr"in təcrübəli forvardının artıq 18 milyondan çox təqibçisi var. Ronaldunun aldığı mükafata övladlarının necə reaksiya verdiyini də öz kanalında paylaşıb: