UEFA-nın əmsallar cədvəlindəki son durum bəllidi. Fanat.az xəbər verir ki, Çempionlar Liqası və Avroliqanın pley-off mərhələsinin cavab oyunlarından sonra siyahıda dəyişikliklər olub.
“Qarabağ” səfərdə Hollandiya “Tvente”si ilə 1:1 hesablı bərabərliyə imza ataraq tarixində ilk dəfə AL-in qrupunda oynamaq hüququna yiyələnib və bu nəticə ölkəmizin hesabına növbəti 0,125 əmsalı gətirib. Hollandiyada qeydə alınan heç-heçə Azərbaycanın son 5 mövsümdə yığdığı əmsalı rekord həddə - 11,250-yə yüksəldib.
Amma bu rekord 30-cu pillədən yüksəyə qalxmağa imkan verməyib. Çünki ən yaxın izləyicisi olduğumuz Slovakiyada hesabını artıra bilib. Daha doğrusu isə bizimlə eyni xala malik olan və əlavə göstəricilərə görə 29-cu olan slovakiyalılar yerini qoruya bilib. 30-cu pillədən aşağıda qərarlaşanlardan mübarizəni davam etdirənlər arasında yalnız Finlandiyanın təmsilçisi qaldığından Azərbaycanın ən pis halda bu mövqeyini qoruyacağı dəqiqdi. Bizdən yuxarıdakılardan İsrail və Norveçin bütün komandaları ələndiyindən onlara yaxınlaşmaq imkanımız var.
Bu mövsüm əldə olunan əmsal 2,375-di. Azərbaycan üçün “Qarabağ” 1,000, “İnter” 0,750, “Neftçi” 0,625 “qənimət” qazanıb.
Xatırladaq ki, təsnifat mərhələlərinin oyunlarında qələbə 0,250, bərabərlik 0,125 əmsalla dəyərləndirilir. Qrup oyunlarında isə heç-heçəyə görə 0,250, zəfərə 0,500 verilir.
| . | |||||||
|
|
|
|
|
Fanat.az