Ötən gecə Azərbaycan millisinin qrupunda yer alan Portuqaliya və Qətər arasında yoldaşlıq oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, Fernando Santuşun yetirmələrinin daha güclü olduğu (3: 0) görüşdə Kriştianu Ronaldu növbəti qolunu vurub.
Beləliklə, Qətər Ronaldunun Portuqaliya millisində keçirdiyi oyunlarda qol vurduğu 46-cı ölkə olub və bu, mütləq rekorddur.
Ronaldunun çıxış etdiyi klubu "Mançester Yunayted"in mətbuat xidmətindən verilən məlumata görə, bu qol Ronaldunun milli komandanın qol sayına görə dünya rekordunu yeniləməsinə də imkan verdi - 36 yaşlı portuqaliyalının hesabında 112 qol var.
Mirağa