Topaz Premyer Liqasının XVIII turunun “Xəzər Lənkəran” - “Sumqayıt” oyununda 7 qol vurulub. Fanat.az xəbər verir ki, Lənkəranda keçirilən qarşılaşmada meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəlməsi ilə mövsümün rekordu təkrarlanıb.
Belə ki, bir matçda 7 qolun vurulması 2013/14 mövsümü üçün ən yüksək göstəricidi. Bunadək yalnız 1 dəfə azarkeşlər oyun ərzində 7 qol görmüşdü. Noyabrın 3-də baş tutan “Qarabağ” - “Qəbələ” görüşündə meydan sahibləri eyni - 4:3 hesabı ilə qalib gəlmişdi.
Ümumilikdə isə XVIII turda 17 qol vurulub. Bu isə mövsümün 2-ci göstəricisidi. Yalnız 12-ci turda daha çox - 22 qol vurulmuşdu.
Fanat.az