Rekord canavarı "Bavariya"

Rekord canavarı "Bavariya"
Bundesliqanın XXVII turunda qızıl medalları təmin edən "Bavariya" Almaniya tarixinin ən erkən çempionu olmaqla yanaşı, bir sıra rekordlara da imza atıb. Fanat.az xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasını, Almaniya çempionluğunu və kubokunu qazanaraq ilkə imza atan Münhen klubu Pep Qvardiolanın başçılığı altında ötən mövsümü unutduracaq performans ortaya qoyaraq özünə aid rekordları inkişaf etdirir.
Çempionatın bitməsinə 7 hətəf qalmış "Bavariya" ötən mövsüm bu uğura 6 tur qalmış imza atmışdı. Beləliklə, Qvardiolanın komandası Almaniya tarixində mart ayında çempion olan ilk klub kimi tarixə düşüb. Bundan başqa yenilməzlik seriyasını 52-yə çatdıran komanda 1982/83 mövsümündə "Hamburq"un imza atdığı 36 matçlıq rekordu 16 oyun qabaqlayıb. 
XXVII turda "Herta"nı 3:1 hesabı ilə yenən "Bavariya" qələbə seriyasını 19-a çatdırıb. Bundan əvvəlki rekord da məhz bu kluba məxsus idi. Belə ki, Münhen təmsilçisi 2005-ci ildə ardıcıl 15 oyunda qələbə qazanmışdı. Bu matçda ardıcıl 10-cu səfər qələbəsini qazanan "Bavariya" ötən mövsümkuü 9 oyunluq seriyanı da yeniləyib. 
Cari mövsümdə keçirdiyi 27 oyunda yenilməyən (25 qələbə, 2 heç-heçə) "Bavariya" çempionata ən yaxşı start verən klub olmaqla yanaşı, oynadığı son 64 çempionat oyununda ən azı 1, son 19 qarşılaşmada isə 2 qola imza atıb.
27 turda yenilməən "Bavariya" son 7 qarşılaşmada da yenilməsi daha rekorda imza atmış olacaq. Ötən mövsümü 91 xalla bitirən komanda 27 oyunda 77 xal qazanıb. Qvardiolanın yetirmələri qalan 7 oyundakı 21 xaldan 15-ini qazanacaqları halda öz rekordlarını qıracaqlar. 25 qələbə qazanan Münhen klubu qarşıdakı oyunlarda 5 qalibiyyət alarsa, ötən mövsümkü 29 oyunluq rekord qırılmış olacaq.
Herd Müllerin də oynadığı 1971/72 mövsümündə "Bavariya" rəqib qapılarına 101 qol vurub. Cari mövsümdə daha 23 qol vurulacağı halda bu yeni rekord müəyyənləşəcək. Ötən mövsüm qapısında 18 qol görən komanda hələlik 13-nü buraxıb. Qarşıdakı 7 turda 5 qol buraxılmayacağı halda daha bir rekord əldə olunacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər