Rəhimovun 25 yaşı var imiş - FOTOLAR

Rəhimovun 25 yaşı var imiş - FOTOLAR

AZAL-ın yarımmüdafəçisi Şəhriyar Rəhimovun doğum tarixinin qeyri-müəyyən olmasını qeyd etmişdik. Peşəkar Futbol Liqasının rəsmi saytında Rəhimovun təvəllüdünün müxtəlif illər üzrə açıq-aşkar dəyişildiyi görünür. 

 

Belə ki, Şəhriyar 2008/2009-cü il mövsümündə "İnter"də 1988-ci il,  2012/2013 mövsümündə "Rəvan"da 1986-cı il, indi isə AZAL-da 1989 təvvəllüdü ilə oynayır. Bu da istər-istəməz futbolçunun "lipa" olması ilə bağlı şübhə yaradır.

 

Ancaq çox keçmədi ki, futbolçu məsələyə aydınlıq gətirdi. Saytımızla əlaqə saxlayan Rəhimov PFL-in kobud səhvə yol verdiyini bildirib: "Bu, böyük səhvdi. "AZAL-da daima 1989-cu il təvəllüdü ilə çıxış etmişəm. Bu, çox güman ki, PFL-də sifariş vərəqələrinə nəzarət edən şəxsin səhvidi. Mən bütün yığmalarda çıxış edəndə də  1989 təvəllüdlü futbolçu kimi təqdim olunmuşam. Metirkamın verilmə tarixinə də baxsanız, görəcəksiz ki, həmin sənəd 28 aprel 1989-cu ildə verilib". 

Şəhriyar Rəhimov "lipa" şübhələrini aradan qaldırılması üçün redaksiyamıza öz sənədlərini də göndərib. Onun metirkasına, şəxsiyyət vəsiqəsinə və xarici pasportuna baxanda Rəhimovla bağlı şübhələr aradan qalxır.

futbolinfo.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər