Kazan “Rubin”i Rusiya çempionatının 13-cü turunda “Orenburq”la oyundan sonra məşqçisiz qala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karpov sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb.
Xəbərə görə, komanda qarşıdakı səfər matçında zəif nəticə göstərsə, baş məşqçi Rəşid Rəhimov qovula bilər.
"Orenburq" - "Rubin" matçı bazar günü, oktyabrın 27-də keçiriləcək. Rusiya Premyer Liqasının 12 turundan sonra Kazan komandası 15 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Rəhimovun komandası altıncı yerdə olan “Spartak”dan 4 xal geri qalır.
Mirağa