Rəhim Həsənov FİFA hakimliyindən çıxarılıb

Rəhim Həsənov FİFA hakimliyindən çıxarılıb
Bu gün Hakimlər Komitəsinin iclasında 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
 
Fanat.Az xəbər verir ki, 2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəz edib. 2010-cu ildən FİFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FİFA-ya göndəriləcək.
 
FIFA fitness testlərinin nəticəsindən asılı olaraq qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə saytımız vasitəsilə əlavə məlumat veriləcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər