Rəhbərlik "Xəzər Lənkəran"ı necə cəzalandırdı? - ÖZƏL

Rəhbərlik "Xəzər Lənkəran"ı necə cəzalandırdı? - ÖZƏL
"Xəzər Lənkəran"ın planlarında dəyişiklik edilib. Fanat.az xəbər verir ki, komandanın fasilə müddətində Bakıda baş tutmalı olan toplanışı ləğv olunub.
Bu bir növ komanda üçün cəzadı. Belə ki, uğursuz çıxış səbəbindən futbolçuların cəzalandırılmasına qərar verilib və komanda paytaxtda saxlanılmayıb.
Komanda Lənkəran toplanışı zamanı bir yoxlama oyunu keçirəcək. Rəqib isə əvəzedici heyət olacaq. Oyunun dəqiq vaxtı hələ bəlli olmasa da, böyük ehtimalla oktyabrın 11-də baş tutacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" fasilə dövründə Bakıda birhəftəlik təlim-məşq toplanışı keçməli idi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər