Region Liqasında 2021/2022-ci illər mövsümünün püşkü atılıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.
Çempionata oktyabrın 30-da start veriləcək. Region Liqasının oyunları 5 regionu əhatə edəcək. Bunlar Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb, həmçinin Naxçıvan Muxtar Respublikasıdır.
Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısı:
Paytaxt və Şimal regionu
Komandalar:
A qrupu
Şirvanovka FK (Qusar) Qusar FK Dirçəliş FK İsgəndər Cavadov BFA
B qrupu
Şahdağ FK (Quba) İrəvan FK Davam Cəbrayıl Mübariz
I turun oyunları
A qrupu
Şirvanovka FK - Dirçəliş FK Qusar FK - İsgəndər Cavadov BFA
B qrupu
Şahdağ FK (Quba) - İrəvan FK Davam - Cəbrayıl FK
Mərkəz regionu
Komandalar:
Mil FK Ağsu Siti Araz (Saatlı) İmişli Füzuli İsmayıllı FK
I turun oyunları
İmişli - Mil FK Araz (Saatlı) - Ağsu Siti İsmayıllı FK – Füzuli
Cənub regionu
Komandalar:
Ümid (Cəlilabad) Astara Ərkivan (Masallı) Qobustan Xan Lənkəran FK
I turun oyunları
Astara - Xan Lənkəran FK Ərkivan (Masallı) – Qobustan
Şimal - Qərb və Qərb regionu
Komandalar:
Energetik PFK Göyəzən Qoşqar UGİM-2 (Gəncə) Şəki Gəncə Karvan Ağstafa FK
I turun oyunları
Göyəzən PFK - Şəki Qoşqar UGİM-2 - Gəncə Ağstafa FK - Karvan
Qeyd edək ki, Naxçıvan Respublikasında keçiriləcək "AFFA Region Liqası"nın püşkü gələn həftə atılacaq.