Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

Region Liqasında 3-cü yer uğrunda oyunda Saatlının "Ümid" kollektivi Qazaxın "Göyəzən" komandası ilə qarşılaşıb. Görüş Saatlı təmsilçisinin 7:2 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.  Matçın ardından "pambıqçılar"ın təsisçisi Anar Cəbrayılov Fanat.Az-a müsahibə verib. 

- "Göyəzən" ilə oyundan öncə gözləntiniz nə idi?  - Gözləntimiz müsbət idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Üçüncülük uğrunda mübarizə aparmaq əhəmiyyətli idi.

- Matçın necə keçdiyini düşünürsüz? - Komanda olaraq yaxşı mübarizə apardıq. Gənclər sona qədər döyüşdülər. "Göyəzən" komandası da əzmkarlıq nümayiş etdirirdi. Daha çox fürsətlərdən biz istifadə edib qələbə qazandıq.

- Komanda hazırkı durumu ilə İkinci Liqada çıxış etməyə qadirdir? -  İkinci Liqada iştirak etməyə gücümüz var. Bizdə baza var. Niyə də iştirak etməyək? Region Liqasında qrup lideri olmuşuq. Nəticələrimiz göz qabağındadır.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər