Region Liqasında 3-cü yer uğrunda oyun baş tutub.
Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" və "Qusar" Şamaxıda üz-üzə gəliblər.
Oyun 2:1 hesabı ilə Naxçıvan təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə, yarışın bürünc mükafatına Azər Bağırovun rəhbərlik etdiyi kollektiv yiyələnib.
Qeyd edək ki, saat 16:00-da Şamaxıda "Cəbrayıl"la "Xan Lənkəran" arasında final matçı start götürəcək.