Bu gün Region Liqasında 2021/2022 mövsümünün ilk turunun bağlanış matçında qalmaqal yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Paytaxt və Şimal regionunun B qrupunda "Şahdağ FK" (Quba) - "İrəvan FK" oyunu yarımçıq dayandırılıb.
Buna səbəb "İrəvan"ın Sumqayıtda keçirilən oyunu yarımçıq tərk etməsi olub. "Kapital Bank Arena"da baş tutan görüşün 58-ci dəqiqəsində nominal qonaqlar meydançanı tərk edib. Bu vaxt hesab artıq 8:0 "Şahdağ"ın xeyrinə olub.
Qeyd edək ki, I turun qalan oyunları şənbə və bazar günü baş tutub. Mirağa