Region Liqasında ilk finalçı bəlli oldu

Region Liqasında ilk finalçı bəlli oldu

AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, ASK Arenada baş tutan görüşdə "Cəbrayıl" "Qusar"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər finalçının adı isə sabah oynanılacaq "Xan Lənkəran" - "Araz Naxçıvan" matçından sonra bəlli olacaq. 

Qeyd edək ki, Region Liqasının final qarşılaşması  mayın 20-də Şamaxı şəhər stadionunda olacaq.  Oyun saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər