Region Liqası: Yarımfinalçılar müəyyənləşdi

Region Liqası: Yarımfinalçılar müəyyənləşdi

Region Liqasında 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ilk oyunda səfərdə qalib gələn komandalar - "Qusar", "Xan Lənkəran" və "Cəbrayıl" evdə də sensasiyaya imkan verməyərək yarımfinala adlayıblar.

Region Liqası 1/4 final, cavab oyunları

"Qusar" - "Ağsu Siti" 2:0 (ilk oyun - 3:2)

"Cəbrayıl" - "Energetik" 0:0 (ilk oyun - 2:1)

"Xan Lənkəran" - "Füzuli" 3:0  (ilk oyun 3:1)

Xatırladaq ki, yarımfinalın 4-cü iştirakçısı birbaşa bu mərhəyə qatılacaq Naxçıvan zonasının qalibi olacaq. Muxtar respublikanın təmsilçisi finala vəsiqə uğrunda "Xan Lənkəran"la, "Qusar" isə "Cəbrayıl"la üz-üzə gələcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər