Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, pley-offun ilk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.
Püşkün nəticəsini təqdim edirik:
Birinci mərhələ 1. “Marxal-Şəki” – “Qobustan” 2. “Ağsu-06” – “Xəzər Lənkəran 42” 3. “Qala-Şəmkir” – “Çinar-Zəngilan” 4. “Neftçala” – “Karvan” 5. “Araz” (Saatlı) – “Qusar” 6. “Füzuli” – “Şirvanovka” 1/4 final
7. 1-ci cütün qalibi - 2-ci cütün qalibi 8. 3-cü cütün qalibi - 4-cü cütün qalibi 9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinal mərhələsinə vəsiqə qazanacaq və yarımfinalda 9-cu cütün qalibi ilə qarşılaşacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.