Region Liqası: İlk oyunda qonaqlar üstün oldu

Region Liqası: İlk oyunda qonaqlar üstün oldu

Region Liqasında 1/4 final mərhələsinə start verilib. 

Fanat.Az xəbər verir ki, üç oyundan 2-si bölgədə, biri paytaxtda baş tutub. Mərhələnin ilk oyunlarının hamısında qonaqlar üstün olub. 

"Füzuli" "Xan Lənkəran"ı Bakıda qəbul edib. "ASK Arena"dakı dueldə cənub təmsilçisi inamlı qələbə qazanıb. 

"Qusar" "Ağsu Siti"ni, "Cəbrayıl" isə "Energetik"i minimal hesabla üstələyib. 

Cavab görüşləri bu həftəsonu keçirilməlidir.

Region Liqası 1/4 final, ilk oyunlar

"Ağsu Siti" - "Qusar" 2:3 Ağsu. Olimpiya İdman Kompleksinin stadionu

"Energetik" - "Cəbrayıl" 1:2 Mingəçevir. Şəhər stadionu

"Füzuli" - "Xan Lənkəran" 1:3  Bakı. "ASK Arena" stadionu

Xatırladaq ki, yarımfinalın 4-cü iştirakçısı birbaşa bu mərhəyə qatılacaq Naxçıvan zonasının qalibi olacaq. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər