Region Liqası: "Cəbrayıl" - çempion!

Region Liqası: "Cəbrayıl" - çempion!

Azərbaycanın Region Liqasının qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Şamaxıda keçirilən final oyununda "Xan Lənkəran"la qarşılaşan "Cəbrayıl" görüşdən qalib ayrılıb - 1:0. Matçda yeganə qolu 78-ci dəqiqədə Tapdıq Əhmədov vurub. "Xan Lənkəran" 90+5-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Beləliklə, Azərbaycan millisinin keçmiş oyunçusu Cavid Hüseynovun başçılıq etdiyi komanda kuboku başı üzərinə qaldırıb. "Xan Lənkəran" gümüş, "Araz-Naxçıvan" isə bürünc mükafat əldə edib. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər