Rednik "Xəzər Lənkəran"da nə qədər qazanıb? - Maaşını açıqladı

Rednik "Xəzər Lənkəran"da nə qədər qazanıb? - Maaşını açıqladı
"Xəzər Lənkəran"da ildə 500 min avro maaş alırdım". Fanat.Az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş Mirça Rednik deyib.
Fanatik.ro saytına müsahibə verən rumın mütəxəssis ölkəmizdəki fəaliyyətini xatırlayıb: "Azərbaycanda yaxşı komanda qurmuşdum. İki mövsüm çempionluq uğrunda mübarizə apardıq, Azərbaycan Kubokunu qazandıq. Məndən sonra komandanın baş məşqçisi Con Toşak oldu. Amma heç bir nəticə qazana bilmədi". 
Qeyd edək ki, Mirça Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər