"Real"la oyun sınaq xarakterli olsa belə..." - Robert Levandovski

"Real"la oyun sınaq xarakterli olsa belə..." - Robert Levandovski

"Barselona"nın hücumçusu Robert Levandovski ABŞ-da keçirilən yoxlama oyununda "Real Madrid" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, ESPN polşalı ulduzun söylədiklərini belə çatdırıb:

"Real"la oyun sınaq xarakterli qarşılaşma olsa belə, "Real"la oyundur. Onlarla qarşılaşmaq təbii ki, xüsusidir. Hiss edirik ki, hər şey yaxşıya doğru dəyişir. Səbirsizliklə növbəti matçı gözləyirəm. Burada olduğum üçün çox şadam. Mənə elə gəlir ki, bir neçə gün yox, aylardır ki, "Barselona"dayam. Komanda yoldaşlarımın böyük dəstəyi isə məni yaxşı mənada təəccübləndirir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər