"Real"ın yeni baş məşqçisi açıqlandı

"Real"ın yeni baş məşqçisi açıqlandı
"Real" Joze Mourinyonu komandanın baş məşqçisi təyin etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Sayt iddia edib ki, Santyaqo Solarini istefaya göndərməyə hazırlaşan "Real" "Valyadolid"lə sabah keçiriləcək oyundan sonra Mourinyonun dönüşünü açıqlayacaq. 
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər