"Real"ın vitse-prezidenti: "MS finala adlamağa layiq idi"

"Real"ın vitse-prezidenti: "MS finala adlamağa layiq idi"

Çempionlar Liqasının digər finalçısı da bəlli olub. 

Fanat.Az xəbər verir ki, turnirin sonuncu qalibi “Real Madrid” "Mançester Siti"nin qonağı olub. 

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə isə 0:4 hesabı uduzan İspaniya klubu finala adlaya bilməyib. 

UEFA-nın rəsmi saytına danışan Madridlilərin vitse-prezidenti Emilio Butraqenyo məğlubiyyəti belə şərh edib: 

"Deyiləcək söz "Mançester Siti"ni təbrik etməkdi. Çünki onlar bizdən güclü idilər və finala adlamağa layiq idilər". 

Xatırladaq ki, daha öncə "İnter" İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər