"Real"ın ulduzunun taleyi müəyyənləşdi

"Real"ın ulduzunun taleyi müəyyənləşdi

"Real"ın ulduz yarımmüdafiəçisi Luka Modriçin taleyinə aydınlıq gəlib.

 

 

 

Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, adı müxtəlif klublarla yanaşı hallanan xorvat İspaniya nəhəngi ilə olan müqaviləsinin müddətini uzadıb. Yeni anlaşmaya əsasən, Xorvatiya millisinin üzvü 2021-ci ilə (həmin vaxt Lukanın 36 yaşı olacaq) qədər Madrid təmsilçisində qalacaq. "Real"ın prezidenti Florentino Peres onun karyerasını məhz bu komandada bitirməsini istəyir.

 

Qeyd edək ki, Luka Modriçin əvvəlki sözləşmə müddəti 2020-ci ilin yayına qədər idi.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər