"Atletik Bilbao" - "Real Madrid" arasında baş tutan Kral Kubokunun 1/4 final matçında maraqlı reaksiya kameralara düşüb.
Fanat.Az xəbər verir ki, "San Mames"dəki oyunun 75-ci dəqiqəsində kameralar Qaret Beyli "Real"ın ehtiyat skamyasında gülərkən çəkib.

Səbəb? Həmin anlarda Eden Hazard meydançanın kənarında isinmə hərəkətləri edib, lakin sonra baş məşqçi Karlo Ançelotti onu oyuna daxil etməmək qərarına gəlib və yenidən ehtiyat oyunçular skamyasına gömdərib. Beyl isə baş məşqçinin qərarını kimayəli gülüşlə qarşılayıb.
Həmin anlarda stadionun tablosunda hesab 0:0-ı göstərib. “Real” 89-cu dəqiqədə Aleks Berenqueronun qolu ilə 1:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Beyl sonuncu dəfə ötən il avqustun 28-də “Real”da çıxış edib və onun klubla müqaviləsi yayda başa çatır.
Mirağa