"Real Madrid"in hücumçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə "OneFutbol" məlumat yayıb.
Xəbərə görə, braziliyalı ulduz mükafat uğrunda mübarizədə braziliyalı Robert Levandovski ("Barselona"), Brais Mendes ("Real Sosyedad"), Aleksandr Serlot (Vilyarreal) və Qorka Qurusetanı ("Atletik") qabaqlayıb.
Qeyd edək ki, Vinisius yazın ilk ayında İspaniya çempionatında 3 oyun keçirib və 5 qol vurub. Braziliyalı futbolçu “Valensiya” və “Osasuna”nın hərəsinə iki, “Selta”ya isə bir qol vurub.