"Real"ın ulduzu karyerasını İngiltərədə davam etdirəcək

"Real"ın ulduzu karyerasını İngiltərədə davam etdirəcək

"Real Madrid"in yarımmüdafiəçi Marko Asensionun bu mövsümün sonunda İspaniyanı İngiltərəyə dəyişəcəyi gözlənilir. 

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya Premyer Liqanın üç klubundan təklif var.    "Real Madrid"dən azad agent statusunda ayrılacağı gözlənilən Asensionun “Mançester Yunayted”, “Arsenal” və ya “Tottenhem”dən birinə keçəcəyi iddia olunur. 

Mənbənin məlumatına görə, hər üç ingilis klubu mümkün transferi müzakirə etmək üçün artıq vasitəçilərlə əlaqə saxlayıb. FİFA qaydaları 27 yaşlı yarımmüdafiəçiyə hazırda Premyer Liqa təmsilçilərindən biri ilə ilkin müqavilə bağlamağa imkan verir.

Marko Asensio 2022/2023 mövsümündə "Real Madrid"in heyətində 30 matça çıxaraq 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər