"Real"ın ulduzu İspaniya millisindən imtina etdi

"Real"ın ulduzu İspaniya millisindən imtina etdi

"Real Madrid"in yarımmüdafiəçisi Brahim Dias İspaniya millisinin rəhbərliyinin davranışından məyus olub. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu sözügedən ölkənin yığmasından dəvət almadığı üçün Mərakeş millisini seçib.

Bu haqda jurnalist Aranka Rodriges məlumat yayıb. 

“Kral klubu”nun yarımmüdafiəçisi “buğalar”dan son dəqiqəyə qədər zəng gözləsə də, yekunda vətəndaşlığını dəyişərək Mərakeş millisinin futbolçusu olmaq qərarına gəlib. 

Yarımmüdafiəçi bu yay Almaniyada təşkil olunacaq Avropa çempionatında iştirak etmək istəyirdi. Lakin onun arzusu reallaşmayıb. 

Dias İspaniya çempionatının bu mövsümündə dörd qol vurub və iki məhsuldar ötürmə edib. 24 yaşlı yarımmüdafiəçi daha əvvəl "Milan" və "Mançester Siti"də çıxış edib.

O, İspaniyada dünyaya gəlib. Atası mərakeşli, anası isə ispandır. İspaniyanın U-17, U-19 və U-21 yığmalarında oynayan Dias 2021-ci il iyunun 8-də hətta əsas millidə də debüt edib. O, Litva ilə yoldaşlıq oyununda (4:0) meydana çıxıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər