Madrid "Real"ının müdafiəçisi Rafael Varan böyük ehtimalla, karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, ESPN "qırmızı şeytanlar"ın 28 yaşlı oyunçunu 50 milyon avroya transfer etməyə hazırlaşdığı bildirib.
Mənbə madridlilərlə olan müqaviləsinin müddəti 1 il sonra başa çatacaq oyunçunun məhz bu qiymətə satılacağını vurğulayıb.
Qeyd edək ki, Varan "Real"a 2011-ci ildə "Lans"dan keçib. Geridə qalan mövsümdə İspaniya Premyerasında 31 oyuna çıxan mərkəz müdafiəçisi 2 qol vurmağa da imkan tapıb.
Atilla