"Real"ın ulduzu daha bir İngiltərə nəhənginin hədəfində

"Real"ın ulduzu daha bir İngiltərə nəhənginin hədəfində

"Real Madrid"in vingeri Marko Asensio bu yay İspaniyanı İngiltərəyə dəyişməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Transfers" yayıb. 

Mənbənin məlumatına görə, ispan yarımmüdafiəçi "Liverpul"un maraq dairəsindədir.

Mersisaydlılar onu azad agent kimi sıralarına qata bilər, çünki futbolçunun mersisaydlılarla müqaviləsi bu mövsümün sonunda başa çatır. Asensio uğrunda mübarizədə “qırmızılar”ın əsas rəqibləri London “Arsenal”ı və “Barselona”dır.

27 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyulundan "Real Madrid"də çıxış edir. Onun transfer qiyməti 25 milyon avro qiymətləndirilir.

Marko bu mövsüm La Liqada 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər