"Real" Kilian Mbappe üçün PSJ-yə rəsmi təklif göndərib.
Fanat.Az TF1-ə istinadən xəbər verir ki, İspaniya nəhəngi Paris klubuna 160 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Ancaq Fransa klubu bu təklifi geri çevirib. "Real"ın rədd cavabına rəğmən, geri çəkilməyəcəyi, belə desək, parislilərin qapısını daha bir təkliflə döyəcəyi gözlənilir.
Qeyd edək ki, 22 yaşlı Mbappe 2017-ci ildən PSJ-də top qovur.
Nihat