Madriddəki "Santyaqo Bernabeu" stadionunda yanğın hadisəsi qeydə alınıb.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, "Real"ın təmirə bağlanan stadionunda üzərinə izolyasiya materialı qoyulan qüllələrdən biri alışıb.
Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər alovu nəzarətə götürüb. Yenidənqurma işləri aparılan arenaya dəyən ziyan barədə dəqiq məlumat verilməyib.
Atilla