"Real"ın şikayəti təmin edilmədi

"Real"ın şikayəti təmin edilmədi

"Real Madrid" yarımmüdafiəçisi Cud Bellingemin 2 oyunluq diskvalifikasiyası ilə bağlı çıxarılan qərardan apellyasiya şikayəti verib.

Fanat.Az-ın COPE-yə istinadən məlumatına görə, şikayətə rəğmən, İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən oyunda - "Valensiya" ilə matçda (2:2) qırmızı vərəqə aldığı üçün cəzalandırılan Bellingemin cəzası qüvvədə saxlanılıb.

Xatırladaq ki, ingiltərəli ulduz sözügedən görüşün 90+9-cu dəqiqəsində Braim Diasın ötürməsindən sonra topu tora göndərmiş, lakin referi Xesus Mansano oyunu bu epizoddan bir neçə saniyə öncə bitirdiyini əsas gətirərək qolu qeydə almamışdı. Ardından isə referi özündən çıxan Bellingemi meydandan qovulmuşdu. 

Qeyd edək ki, bu heç-heçə sayəsində xal hesabını 66-ya çatdıran "Real" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İkinci sıradakı "Jirona"nın isə 66 xalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər