PSJ heyətinə yeni futbolçu cəlb edib. Fanat.Az xəbər verir ki, Paris təmsilçisi 32 yaşlı yarımmüdafiəçi Lassana Diarra ilə 2019-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Diarranın son klubu BƏƏ təmsilçisi "Əl-Cəzirə” olub. O, ötən ilin dekabrında klubla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Qeyd edək ki, Lassana Diarra karyerasına Fransanın "Le Havr" klubunda başlayıb. 2005-ci ildə 4,5 milyon avroya "Çelsi"yə, 2007-ci ildə 2,9 milyon avroya "Arsenal"a, 2008-ci ildə 7 milyon avroya "Portsmut"a keçib. "Real" yarımmüdafiəçini 2009-cu ildə 20 milyon avroya alıb, 3 ilsonra "Anji"yə 5 milyon avroya satıb. O, 2013-cü ildə Moskva "Lokomotiv"inə 12 milyon avroya transfer olunub. Diarra sonrakı illərdə "Marsel" və "Əl-Cəzirə"nin formasını geyinib, Fransa millisində 34 oyun keçirib.
33 yaşlı futbolçu karyerası ərzində Fransa çempionluğunu, Liqa Kubokunu, İngiltərə Federasiya Kubokunu, İspaniya çempionluğunu, "Kral Kuboku"nu, Super Kubokunu qazanıb.
Fanat.Az