"Real"ın sabiq qapıçısı karyerasını bitirdi

"Real"ın sabiq qapıçısı karyerasını bitirdi

"Real Madrid"ın sabiq qapıçısı Dieqo Lopes karyerasını bitirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.    İspaniyalı qolkiper 42 yaşında futboldan getməyə qərar verib.

Lopes 2013-cü ildə "Sevilya"dan "Real Madrid"ə keçib və Joze Mourinyunun dövründə İker Kasilyası əvəzləyib. O, "Kral klubu"nun heyətində 2013/2014 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Lopes karyerası ərzində son klubu olan "Milan", həmçinin, "Vilyarreal", "Espanyol" və "Rayo Valyekano"da da çıxış edib.

Qapıçı 2009-cu ildə İspaniya millisində bir oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər